ENG | AZE

 

Şəffaf məlumat mərkəzi mexanizmi

Azərbaycanın Biomüxtəlifliyi

header photo

Ətraf Mühit üzrə  Milli Monitorinq Departamentinin Ətraf mühitin  çirklənməsinin monitorinqi mərkəzinin nəzdində aşağıda adları qeyd olunan analitik tədqiqat laboratoriyaları fəaliyyət göstərir:

• Atmosfer havasının çirklənməsinin monitorinqi laboratoriyası; 
• Təbii suların geokimyəvi rejim və çirklənməsinin monitorinqi laboratoriyası; 
• Torpaqların çirklənməsinin monitorinqi laboratoriyası; 
• Atmosfer yağıntılarının fon tərkibinin monitorinqi laboratoriyası; 
• Təbii mühitin  radioaktivliyinin geoekoloji monitorinqi laboratoriyası; 
• Spektrometriya və xromatoqrafiya laboratoriyası; 
• Mikrobioloji tədqiqatlar laboratoriyası; 
• Qazax analitik tədqiqatlar laboratoriyası;
• Beyləqan analitik tədqiqatlar laboratoriyası;

Bu laboratoriyalar Nazirliyin daxili imkanları hesabına əsaslı təmir edilməklə, müasir tələblərə cavab verən analitik cihaz və avadanlıqlarla təchiz edilmiş, onların fəaliyyəti yenidən təşkil edilmişdir.

Departamentin nəzdində fəaliyyət göstərən laboratoriyalar ətraf mühitin hər üç komponenti üzrə spesifik çirkləndiricilərin, o cümlədən ağır metalların, xlorüzvi, fosforüzvi pestisid və herbisid qalıqlarının, digər aromatik karbohidrogenlərin təyin edilməsi məqsədi ilə Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEEnit 650” atom absorbsiya spektrofotometri, ABŞ istehsalı olan  “Varian-4000/MS/MS” kütlə spektrometri, səth sularının fiziki-kimyəvi göstəricilərini təyin etmək üçün Almaniya istehsalı olan  “Hİ-9033” konduktometri, ”Multi-340 İ/SET analizatoru, bulanıqlığı təyin etmək üçün “Turbidimetr Hİ-93703” portativ cihazları, ”КЕРН” elektron laboratoriya tərəzisi, kolorimetrik üsullarla atmosfer havasının  və təbii suların tərkibini təyin etmək üçün “КФК-3Ц” fotoelektrik kolorimetri, ”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB və “Spekоrd 205” molekulyar spektrometrləri, bərkə nümunələrin ilkin emalı prossesində istifadə məqsədi ilə “Berghoff” mikrоdalğalı soba ilə təchiz edilmişdir. 


Mərkəz beynəlxalq laboratoriyalarla əməkdaşlıq çərçivəsindəSlovakiyanın “Water Research Institute” nəzdində olan “Slovak National Water Reference Laboratory” tərəfindən mütəmadi olaraq sınaq test nümunələri göndərilərək xarici audit aparılır. Nümunələrdə ionların miqdarının müqaisəli təyinatları aparılmışdır və alınmış nəticələrə əsasən Mərkəzə:
“Basic Physical-Chemical Analysis” təyinatı üzrə - “Ammonium; nitrit; ortofosfatlar; ammoniumda, nitratlarda və nitritlərdə azot;
“Trace İnorganic Analysis” təyinatı üzrə - kadmium, mis, nikel və  qurğuşun;  arsenium, mis və sink; 
analizləri üzrə beynəlxalq dəqiqlik sertifikatları (şəhadətnamələri) təqdim edilmişdir. 

Audit yoxlamalar digər elementlər və birləşmələr üzrə davam olunmaqdadır.

Laboratoriyaların akkreditasiyası, cihaz və avadanlığın sertifikatlaşması üzrə Mərkəz Аzərbаycаn Respublikаsının Stаndаrtlаşdırmа, Metrologiyа və Pаtent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edərək, hər (cihaz növündən asılı olaraq) il cihazların yoxlanmasın, kalibrovkasını təşkilini, yeni alınmış cihazların dövlət reyestrinə salınmasını təmin edir. Аnаlizlərin аpаrılmаsı üçün işlədilən cihаzlаrа “Ölçmə Vasitələrinin Kalibrlənməsi Haqqında Şəhadətnamə” verilir. Həmçinin, hər il üzrə Mərkəzin lаborаtoriyаlаrı “АZS milli sertifikаtlаşdırmа sistemində teхniki səlаhiyyətliliyə və müstəqilliyə” аkkreditаsiyа olunur. 

-Atmosfer havasının çirklənməsinin monitorinqi laboratoriyası hava nümunələrində analizlərin müasir səviyyədə aparılmasını təmin edən müasir cihaz və avadanlıqlarla (Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “Spekоrd 205” spektrоfоtоmetri, “Палладий-3” qazanaliz edici, ”КФК-3Ц” Fotoelektrik kolorimetri, ”КФК-2” Fotoelektrik kolorimetri, ”ВЛР-200” Analitik tərəzisi, ”И-130” İonomeri) təchiz olunub.
Analizlər  keçmiş  İttifaq  məkanında istifadə olunan QOST və metodikalar əsasında aparılır.

-Təbii suların geokimyəvi rejim və çirklənməsinin monitorinqi laboratoriyası  müasir stasionar  və portativ cihazlarla (“Multi 340 И/СЕТ” portativ analizatoru, ”КЕРН” ALC-220-4M Elektron laboratoriya  tərəzisi, Turbidimetr “НИ-93703”, “Lambda 35” УБ molekulyar spektrometri, ”КФК-2” Fotoelektrik kolorimetri, ”ЭВ-74” İonomeri, ”ВЛКТ-500” Texniki tərəzisi, “Shafa” Quruducu şkafı, ”ДЭ-4-2” Akvadistilyatoru, ”ЭВ-74” İonomeri) təchiz olunub.

Analizlər beynəlxalq İSO və QOST  standartlarına əsaslanan metodikalar üzrə aparılır. 

-Qazax analitik tədqiqatlar laboratoriyası Kür çayının suyunun keyfiyyətinə operativ nəzarət edir. Suda birinci günün fiziki-kimyəvi analizləri  (temperatur, pH, elektrik keçiriciliyi, HOO 2 -%, mq/l, OBS5), fiziki göstəricilər (rəng, qoxu, şəffaflıq, asılı maddələr), suyun hidroloji xarakteristikası (suyun sərfi,suyun axın sürəti) təyin edilir. Su nümunələrində spesifik çirkləndirici maddələr: neft və neft məhsulları, fenollar, səthi aktiv sintetik maddələr və ağır metalların kimyəvi analizləri yerinə yetirilir. Ayda bir dəfə su nümunələrində əsas ionların (Ca2+, Mg2+, Cl-, HCO3-) və biogen maddələrin (NO2-, NO3-, NH4+), ümumi mineral azot, fosfatlar ümumi fosfor, silisium, ümumi dəmirin təyini üzrə kimyəvi analizlər yerinə yetirilir. Laboratoriya müasir stasionar və portativ cihazlarla (“УБ-1700”  spektrofotometri, portativ “Экотест” potensiometrik cihazı, portativ konduktometr, oksimetr, pH-metr, analitik və texniki tərəzilər, distillə aparatı) təchiz olunub. 

Analizlər beynəlxalq İSO və QOST  standartlarına əsaslanan metodikalar üzrə aparılır. 

-Beyləqan analitik tədqiqatlar laboratoriyası Araz çayının suyunun keyfiyyətinə operativ nəzarət edir. Suda birinci günün fiziki-kimyəvi analizləri  (temperatur, pH, elektrik keçiriciliyi, h/o O 2 -%, mq/l, OBS5), fiziki göstəricilər (rəng, qoxu, şəffaflıq, asılı maddələr), suyun hidroloji xarakteristikası (suyun sərfi, suyun axın sürəti) təyin edilir. Su nümunələrində çirkləndirici maddələr: neft və neft məhsulları, fenollar, səthi aktiv sintetik maddələr və ağır metalların kimyəvi analizləri yerinə yetirilir. Bundan əlavə ayda bir dəfə su nümunələrində əsas ionlar (Ca2+, Mg2+, Cl-, HCO3-), minerallaşma, biogen maddələr (NO2-, NO3-, NH4+), ümumi mineral azot, fosfatlar, ümumi fosfor, silisium, ümumi dəmirin təyini üzrə kimyəvi analizlər yerinə yetirilir. Laboratoriya müasir stasionar və portativ cihazlarla (“УБ-1700” spektrofotometri, portativ “Экотест” potensiometrik cihazı, portativ konduktometr, oksimetr, pH-metr, analitik və texniki tərəzilər, distillə aparatı) təchiz olunub.

Analizlər beynəlxalq İSO və QOST  standartlarına əsaslanan metodikalar üzrə aparılır. 

-Torpaqların çirklənməsinin monitorinqi laboratoriyası torpaqda ağır metalların (nikel, kobalt, qurğuşun, manqan, xrom, sink, mis, qalay, molibden, kadmium, vanadium, civə), neft və neft məhsullarının, xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin, pH, nitrat, sulfat və humusun təyinini aparır.
Laboratoriya zəruri cihaz və avadanlıqla təchiz olunub. Torpaq nümunələrinin keyfiyyətinə nəzarəti  yerinə yetirmək üçün infraqırmızı spektrometriya, spektroqrafiya, atom absorbsiya spektrofotometriya, qaz-maye xromatoqrafiya, kolorimetrik, potensiometrik analiz metodlarından istifadə olunur.

Analizlər  keçmiş  İttifaq  məkanında istifadə olunan QOST və metodikalar əsasında aparılır. 

-Atmosfer yağıntılarının fon tərkibinin monitorinqi laboratoriyası Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “Spekоrd 205” spektrоfоtоmetri,”ЭВ-74” İonomeri, ”КФК-2” Fotoelektrik kolorimetri, “Hİ-9033” konduktometri, Çexiya istehsalı olan müasir tipli distillə aparatı ilə təchiz olunub
Laboratoriya tərəfindən atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-, nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir. 

-Təbii mühitin radioaktivliyinin monitorinqi laboratoriyası ətraf mühitin β-aktivliyini ölçən “РУБ-01Р1” radiometri, γ-aktivliyini ölçən “ДРГ-01Т1” dozimetri, γ və β-aktivliyini ölçən “ spektrometri”) təchiz edilib və müvafiq təyinatları həyata keçirir. 

Spektrometriyavə xromatoqrafiyalaboratoriyası müasir cihaz və avadanlıqlarla (”АН-2”, “ИКН-025” spektrofotometrləri, ABŞ-ın “Varian” şirkətinin istehsalı olan  “4000 GS/MS/MS” kütləspektrometri, Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEEnit 650” atоm-absоrbsiya spektrоmetri) təchiz olunub. Müvafiq laboratoriyalarda ilkin hazırlıqdan keçmiş atmosfer havası, torpaq, su nümunələrində ağır metalların, o cümlədən civənin, neft və neft məhsullarının, xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin analizi həyata keçirilir.

Analizlər beynəlxalq İSO və QOST  standartlarına əsaslanan metodikalar üzrə aparılır. 

- Mikrobioloji tədqiqatlar laboratoriyası hidrobioloji və mikrobioloji tədqiqatların aparılması məqsədi ilə suyun fiziki parametrlərini təyin edən Almaniyanın “İDROMAR” şirkətinin istehsalı olan “İDROMAR IP 165” multiparametrli zond, həmçinin mikroskopik müşahidələrin aparılması üçün 3 ədəd İtaliya istehsalı olan (“Mikroskop B-600”, “Mikroskop SZM-2” və “Mikroskop XDS-3”) mikroskoplar ilə təchiz olunmuşdur. 
Uzun illər ərzində ölkənin ətraf mühitə zərərli təsir göstərən sənaye sahələrinin Abşeron yarımadasından başqa böyük hissəsinin Gəncə, Mingəçevir, Şirvan və digər şəhərlərdə cəmləşməsini, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrin perspektivdə nəzərdə tutulan inkişafını, eyni zamanda əhalinin sayının artması ilə əlaqədar ətraf mühitə neqativ təsirlərin çoxalmasını nəzərə alaraq regionlarda mərhələlər üzrə kompleks monitorinq laboratoriyalarının yaradılmasına başlanılmışdır. 
Birinci mərhələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən artıq iki regionda - Masallı və  Gəncəşəhərlərində Regional Kompleks Tədqiqat Laboratoriyaları yaradılmış, bu laboratoriyaların bina, müasir cihaz və avadanlıqlarla təchizatı işlərinə başlanılmışdır