ENG | AZE

 

Şəffaf məlumat mərkəzi mexanizmi

Azərbaycanın Biomüxtəlifliyi

header photo

Bioloji Müxtəliflik haqqında Konvensiyanın Məlumatın Yayılması Mexanizmi (MYM) şəbəkəsi Konvensiyanın 18.3-ci Maddəsinə uyğun olaraq yaradılıb.

X/15 Qərarına uyğun olaraq, onun missiyası səmərəli informasiya xidmətləri və digər müvafiq vasitələrin köməyi ilə, elmi və texniki əməkdaşlığı, bilik və informasiya mübadiləsini təşviq etmək, təkmilləşdirmək, Tərəflərin və tərəfdaşların tam operativ şəbəkəsini yaratmaq məqsədilə, Bioloji Müxtəliflik haqqında Konvensiyanın və 2011-2020-ci illər üzrə Biomüxtəlifliyin Strateji Planının həyata keçirilməsinə əhəmiyyətli dərəcədə töhfə verməkdən ibarətdir.

Bu missiya 3 əsas məqsədi əhatə edir:

  1. Məlumatın yayılması mexanizmi mərkəzi 2011-2020-ci illər üzrə Biomüxtəlifliyin Strateji Planının həyata keçirilməsini təkmilləşdirmək üçün effektiv qlobal informasiya xidmətləri təqdim edir.
  2. Milli məlumatın yayılması mexanizmləri milli biomüxtəliflik strategiyalarının və fəaliyyət planlarının həyata keçirilməsini asanlaşdırmaq üçün effektiv informasiya xidmətlərini təqdim edir.
  3. Tərəfdaşlar məlumatın yayılması mexanizminin şəbəkə və xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirirlər.

Konvensiyada informasiya mübadiləsi və ölkələr arası əməkdaşlığa böyük diqqət verilir. Bu proseslərə kömək etmək üçün, BMK Məlumatın Yayılması Mexanizmi (MYM) adlanan tərəfdaşların beynəlxalq şəbəkəsini qurmuşdur. Bu veb səhifə Azərbaycanın BMK çərçivəsində gördüyü işləri təsvir etməklə BMK şəbəkəsinə töhfə verir. 

Bioloji Müxtəliflik haqqında Konvensiya (BMK)
 
Ekoloji Müdafiə
 
Biomüxtəlifliyin Monitorinq 

Biolojı Müxtəliflik haqqında Konvensiya (BMK) 1992-ci ildə, Rio de Janeyroda, Yer Sammitində qəbul edilmiş beynəlxalq sazişdir. Konvensiya indi ekoloji məsələlər üzrə ən geniş ratifikasiya edilmiş beynəlxalq müqavilələrdən biridir.

 

Biomüxtəliflik haqqında Konvensiya Məlumatın Yayılması Mexanizmi (MYM) şəbəkəsini bütün hökumətlərin biomüxtəliflik işi üzrə ehtiyac duyduğu informasiya və texnologiyalara çıxışını təmin etmək üçün yaratmışdır.

 

 

 
 

Təbii ətraf mühit insanların onlar olmadan yaşaya bilməyəcəyi əsas şəraitləri təmin edir. Bu. kifayət qədər intuitiv (həssas) görünür: bizim nəfəs almağa, yeməyə, içməyə və özümüzə sığınacaq tapmağa ehtiyacımız var və biz bunların hamısını təbii aləmdən əldə edirik. Birləşmiş Millətlər Təşkilatı biomüxtəliflik məsələləri üzrə məlumatlılığı və maarifləndirməni artırmaq üçün May ayının 22-sini “Bioloji Müxtəliflik üzrə Beynəlxalq Gün “elan etmişdir. Hər il Biomüxtəlifliyin müəyyən bir cəhətini ön plana çıxarmaq üçün fərqli bir mövzu seçilir. Ölkələr öz milli bayramlarını bu mövzu ətrafında təşkil etməyə dəvət olunur.